Azərbaycanda “Xoşbəxt ailə – erkən qazanılmış cənnətdir!” layihəsi təqdim olunub
950 dəfə baxılıb
Bakupost yazır ki, Şəkidə Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Xoşbəxt ailə – erkən qazanılmış cənnətdir!” adlı layihəsinin ikinci mərhələsinin açılışı baş tutub.
Açılışda Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İsgəndərov, “Bakı Gənclər Klubu” İctimai Birliyinin sədri Azər Cavadov, təlimçi hüquqşünas Fariz Namazlı, psixoloqlar Aynur Bəbirova, Günel Aslanova və layihəyə cəlb olunan gənclər iştirak ediblər.
Açılış nitqində Birliyin sədri Azər Cavadov layihənin məqsədi, mahiyyəti və layihənin ikinci mərhələsində görüləcək işlər haqqında iştirakçılara məlumat verib. Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İsgəndərov öz çıxışında layihənin aktuallığından, adət-ənənələri və ailə dəyərlərini qoruyub saxlamış rayonların birində – məhz Şəkidə keçirilməsinin rolundan danışıb.
Təlimçi hüquqşünas Fariz Namazlı və ailə psixoloqu Aynur Bəbirova çıxışlarında layihənin müasir dövrdə əhəmiyyətini vurğulayıblar. Onlar keçiriləcək təlimlərin – “nikah müqaviləsi”, ailə münasibətlərinin növləri, keçid dövrləri, erkən qurulmuş ailədə fəsadlar, uşaq tərbiyəsində ailənin rolu, ailədə kişi və qadın hüquqları və s. mövzular haqqında söz açıblar.
Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd – ölkə gəncləri arasında ailə institutunun gücləndirilməsi sahəsində hüquqi və psixoloji maarifləndirmə işlərinin aparılması, “Nikah müqaviləsi”nin mahiyyəti və Ailə Məcəlləsinə əsasən yaranan hüquqların açıqlanması, gənclərin ailə dəyərlərinə düzgün qiymət verməsinin təbliği və gələcəkdə yarana biləcək mübahisələrin qarşısının alınmasının göstərməkdən ibarətdir.
Layihə 2 ay davam etməklə, Bakı və Şəki şəhərlərində keçirilib və çap olunan nəşrlərin layihə iştirakçılarına və digər gənclərə paylanması nəzərdə tutulub.
Sələf Xəbər: Uca Allah buyurur: “Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünənlər üçün ibrətamiz dəlillər vardır.” (Müqəddəs Quran, “Rum” surəsi, 21-ci ayə).
“Kişi və qadınların ümumi cəhətləri çoxdur və onlar bir-birinə olduqca uyğun gəlirlər. Nikahlanma sayəsində onların arasında məhəbbət və mərhəmət hissi yaranır. Ər-arvad ünsiyyətdən və yaxınlıqdan zövq alır və bir-birilərində təskinlik tapırlar. Onlar dünyaya uşaqlar gətirir, onları tərbiyələndirir və bundan çox böyük fayda əldə edirlər. Bir qayda olaraq, ərlə arvadı birləşdirən sevgi və şəfqət hissi başqa insanlar arasında belə qabarıq formada heç vaxt təzahür etmir. Həqiqətən, bütün bunlarda, Allahın ayələri üzərində düşünən və ardıcıl olaraq ətrafda baş verənlər haqqında fikirləşən insanlar üçün dəlillər vardır.” (Bax “Təfsir Əs-Saadi”).