Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycanda yanvar-may ayları ərzində 30 min 900 nikah bağlanıb

İyul 15
15:56 2014

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin məsləhətçisi Aynur Veysəlova APA-ya açıqlamasında bildirib ki, bu ilin yanvar-may ayları ərzində Azərbaycanda 30 min 900 nikah bağlanıb.

Boşanma hallarının sayı isə təxminən 5 mindir.

Onun sözlərinə görə, ötən ilin analoji dövrü ilə müqayisədə bu ilin 5 ayı ərzində ölkə ərazisində boşanmaların və bağlanan nikahların sayında mühüm dəyişiklik yoxdur: “2013-cü il yanvar-may ayı ilə 2014-cü ilin yanvar-may ayını müqayisə edəndə görürük ki, əhalinin hər 1000 nəfərinə düşən səviyyə dəyişməyib, eyni qalıb. Yəni hər 1000 nəfərə bağlanan nikah 7,9 faiz, boşanma isə 1,3 faizdir”.

 Sələf Xəbər: Uca Allah buyurur: “Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və kənizlərinizi evləndirin. Əgər onlar kasıbdırlarsa, Allah öz lütfü ilə onları varlı edər. Allah (lütfü ilə) Genişdir, Biləndir!” (Müqəddəs Quran, “Nur” surəsi, 32-ci ayə).

“Uca Allah yaşlı müsəlmanlara və kölə sahiblərinə onların himayəsində olanları evləndirməyi əmr edir. Bu, subay kişilərə, bakirə qızlara, boşanmış və dul qadınlara aiddir. Qohumlar və yetimlərin hamiləri onların himayəsində olan və evlənməyə və ya ərə getməyə ehtiyacı olanları evləndirməlidirlər. Əgər insanlara onların himayəsində olanları evləndirmək əmr olunubsa, onda onlar öz ailə həyatını qurmaq haqqında daha çox qayğı çəkməlidirlər. Daha sonra Uca Allah evlənənləri Öz lütfkarlığı ilə zənginləşdirəcəyini vəd edir. Müsəlman səhvən düşünməməlidir ki, evlənməklə və ailə üzvlərinin sayını artırmaqla maddi vəziyyəti çətinləşəcək, çünki Uca Öz qullarına evlənməyi əmr etmiş və onları ehtiyacdan və kasıblıqdan qoruyacağını vəd etmişdir. Hər şeyi Əhatəedən və Bilən – Onun gözəl adlarındandır. Onun mərhəməti və xeyirxahlığının həddi yoxdur. O (Pak və Müqəddəs Olan) mənəvi və maddi zənginliyə layiq olanlardan və Allahın iltifatına layiq olmayanlardan xəbərdardır və onlardan hər birini Öz biliyinə və Öz müdrikliyinə müvafiq olaraq mükafatlandırır.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər