Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycanda yeni dərman vasitəsi ixtira olunub

Noyabr 05
20:00 2014

“Sələf Xəbər”-in APA-ya istinadən xəbərinə görə, Azərbaycanda yeni dərman vasitəsi ixtira olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında çıxış edən Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov bildirib ki, “Ağ Naftalan yağı” oktyabrın 23-də Səhiyyə Nazirliyi tərəfindən dərman vasitəsi kimi qeydə alınıb.

Onun sözlərinə görə, akademiya tarixində ilk dərmandır ki, bunun istifadəsinə icazə verilib: “Dərmanın hazırlanması üçün vanna kimi istifadə edilən Naftalan neftinin tullantısından yağ alınıb. “Ağ Naftalan yağı”ndan dərman kimi istifadəsinə icazə verilib. Yeni dərman burun-boğaz xəstəlikləri üçün istifadə olunması nəzərdə tutulur”.

V. Abbasov əlavə edib ki, Naftalan neftindən digər dərman preparatlarının hazırlanması üçün də tədqiqatlar aparılmalıdır: “Naftalan neftindən yalnız vanna kimi istifadə edilməsi erası qurtarmalıdır. Çünki bu, həm də ətraf mühitə ziyan vurur”.

“Allah elə bir xəstəlik göndərməyib ki, onun müalicəsini göndərməsin” (Buxari).

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)

Digər xəbərlər