Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycanda yeni təriqətlər yaymağa cəhd edənlər var

Sentyabr 17
20:49 2014

“Sələf Xəbər”-in APA-nın şimal bürosuna istinadən verdiyi məlumata görə, Qubada səfərdə olan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bəzi qrupların Azərbaycanda xırda təriqətləri yaymağa cəhd etdiyini bildirib.

Komitə sədri bu cür cəhdlərin qarşısının qətiyyətlə alındığını qeyd edib.

“Belə təriqətlərin ölkəmizdə yer tapması, özünü təsdiq etməsi mümkün deyil”, M.Qurbanlı vurğulayıb.

DQİDK sədri Azərbaycandakı ictimai-siyasi həyatdakı sabitliyin dini sahədə də özünü göstərdiyini bildirib.

 Sələf Xəbər: Uca Allah buyurur: “Həqiqətən, Allah dərgahında (qəbul olunan) din, İslamdır!…” (Müqəddəs Quran, “Ali İmran”, 19-cu ayə).

“Uca Allah bu ayədə bildirir ki, İslam – yeganə dindir ki, O, onu Öz qullarından qəbul edir. İslam – bir olan Allaha qulun qəlbi və canı ilə tam təslim olmasıdır ki, O, bunu Özü elçilərinin dili ilə əmr etmişdir.

Uca Allah buyurur: “İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, Axirətdə ziyana uğrayanlardan olar” (Müqəddəs Quran, “Ali İmran”, 85-ci ayə).

Əgər insan İslam dininə etiqad etmirsə, deməli o, Allaha layiqincə xidmət etmir, çünki o, Allahın Öz elçilərinin dili ilə əmr etdiyi yolla getmir.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər