Azərbaycandan 3600 nəfər həcc edəcək
829 dəfə baxılıb
“Sələf Xəbər”-in Oxu.Az-a istinadən bildirir ki, Həcc ziyarətinə gedən Azərbaycan vətəndaşlarının Səudiyyə Ərəbistanında yerləşdirilməsi ilə bağlı bütün təşkilati məsələlər həll olunub.
Məkkə və Mədinə səfərlərində bina və otellər icarəyə götürülüb: zəvvarlar nəqliyyatla, gündə iki dəfə yeməklə, mehmanxana və binalarda 24 saat ərzində isti çayla təmin olunacaq.
Ziyarətə gediş reysləri yalnız hava yolu ilə Səudiyyə Ərəbistanına məxsus “Nas” milli aviaşirkəti tərəfindən Bakı-Ciddə marşrutu üzrə, qayıdış reysləri isə Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarələrlə həyata keçiriləcək.
Bu il Həcc ziyarətinə ilk reys sentyabrın 23-dən 24-ə keçən gecə, saat 01.40 dəqiqədə həyata keçiriləcək. Gediş 23-28 sentyabr, qayıdış isə 11-15 oktyabr tarixlərinə nəzərdə tutulub.
Bu il Azərbaycandan Həcc ziyarətinə təxminən 3600 zəvvar yola düşəcək. Zəvvarları qrup rəhbərləri və həkim briqadası müşayiət edəcəkdir.
“Kim Həcci Allah üçün, arvadına yaxınlaşmadan və heç bir günah və pis əməl etmədən yerinə yetirərsə, anadan doğulduğu kimi (günahsız olaraq) geri qayıdar.” (əl-Buxari)Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)