Azərbaycandan Həcc ziyarətinə getmək üçün ayrılan kvota tam dolub
Aprel 18
17:19
2017
961 dəfə baxılıb
Azərbaycandan Həcc ziyarətinə getmək üçün ayrılan 600 nəfərlik kvota tam dolub.
Selefxeber.az-ın məlumatına görə, bunu “Report“a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, Azərbaycanın Həcc missiyasının üzvü Həmdulla Babayev bildirib.
Onun sözlərinə görə, əgər bundan sonra Həccə getmək üçün əlavə müraciətlər daxil olarsa, bu məsələyə QMİ-də baxılacaq və müvafiq qərar qəbul ediləcək. H.Babayev kvotanın artırılacağını istisna etməyib.
Qeyd edək ki, Azərbaycanda bu il Həcc ziyarətinə sənəd qəbulu yanvarın 26-da başlayıb. Həcc ziyarəti üçün 600 nəfərlik kvota ayrılıb. Ziyarət üçün vahid qiymət – 3850 dollar müəyyənləşdirilib.