Azərbaycanı hədələyən terrorçu məhv edildi – FOTO
Fevral 15
18:13
2017
3. 067 dəfə baxılıb
Fevralın 5-də YouTube portalında İŞİD terrorçusunun Azərbaycan xalqına ünvanlanmış videomüraciəti yayılmışdı.
Selefxeber.az “Virtualaz.org”-a istinadən xəbər verir ki, terrorçu Azərbaycanı terror aktları ilə hədələyirdi.
Usama ben Ladeni yamsılayan yaraqlı iki “Kalaşnikov” avtomatının fonunda bütün Azərbaycan xalqını təhdid edirdi.
Lakin bir neçə saat əvvəl “Facebook” sosial şəbəkəsində bu terrorçunun cəsədinin fotoları yayılıb.
Onun çıxışının və öldürülməsinin dəqiq tarixləri məlum deyil.
Ehtimal olunur ki, o, öz videomüraciətini sosial şəbəkələrdə yerləşdirdiyi tarixdən xeyli əvvəl hazırlayıb və bundan sonra Suriyada məhv edilib.
Sələf Xəbər: Muhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız onları öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”. (Muslim).