Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycanın başçısı (Allah onu qorusun) Dağlıq Qarabağı qaytarmaq istəyir

İyun 21
16:09 2014

Azərbaycan prezidenti İlham Əliyev (Allah onu qorusun) iddia edir ki, ölkəmizə Dağlıq Qarabağı qaytaracaqdır. Onun sözlərinə görə, çox hissəsi tanınmamış Dağlıq Qarabağ Respublikasının nəzarəti altında olan mübahisəli ərazi artıq tez bir zamanda öz tarixi vətəninin tərkibinə daxil ola bilər. Bu barədə “İnterfaks”a istinadən “Vesti-Ekonomika” xəbər verir.

“Mən qəti əminəm ki, Azərbaycanın artan gücü, bizim potensialımız və ətraflı düşünülmüş, ölçülmüş xarici siyasət bizə öz ərazi bütövlüyümüzü bərpa etməyə imkan verəcəkdir”, – İlham Əliyev (Allah onu qorusun) bəyan edib.
Prezident İlham Əliyev  hesab edir ki, müasir dünyada yalnız güclü ölkələr ədalətə nail ola bilər. Beynəlxalq münaqişələrin həllinin əsas üsulu “Beynəlxalq hüquq və güc amilidir”, və əgər qanunlardan danışsaq, onlar vaxtaşırı ədalət anlayışı ilə ayrılır.

Lakin Əliyev deyir ki, onun ölkəsi beynəlxalq hüququn əksinə getməyəcək, sadəcə son onilliklər ərzində Azərbaycan daha güclü olub və beynəlxalq arenada öz maraqlarını daha arxayın müdafiə edə bilər.
Xatırladaq ki, Dağlıq Qarabağın mübahisəli statusu – Ermənistan və Azərbaycan arasında 80-ci illərin sonlarında başlamış və 1994-cü ilin mayına qədər davam etmiş münaqişənin nəticəsidir. Hərbi hərəkətlər zamanı Ermənistan yalnız Dağlıq Qarabağı deyil, həm də onun ətrafında yerləşən yeddi Azərbaycan rayonunu işğal etdi. İki ölkə artıq bir neçə onillikdir ATƏT-in Minsk qrupunun həmsədrləri – Rusiya, Fransa və ABŞ vasitəçiliyi ilə münaqişənin nizamlanmasına çalışır.

Problem ondadır ki, rəsmi Bakı ölkələrin ərazi bütövlüyünə zəmanət verən beynəlxalq normalara əsasən Dağlıq Qarabağa sahib olmaq hüququna malik olduğunu iddia edir, Yerevan isə təkid edir ki, xalqlar öz müqəddəratını təyin etmək hüququna malikdir.

İlham Əliyev  həmçinin bəyan edib: “Biz, azərbaycanlılar, Dağlıq Qarabağa, o biri işğal olunmuş torpaqlara və bütün tarixi torpaqlarımıza qayıdacağıq, mən buna əminəm”, – o vurğuladı və əlavə etdi ki, bu hədəfə çatmaq üçün azərbaycanlılar “daha da güclü olmalıdır”.

 Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Əgər siz Allaha (Onun dininə) kömək göstərsəniz, O da sizə kömək göstərər və ayaqlarınızı möhkəmlədər.” (Müqəddəs Quran, “Muhəmməd” surəsi, 7-ci ayə).

Şeyx Albani (Allah ona rəhmət etsin) bu ayənin təfsirində demişdir: “Buradan əks anlama: Əgər siz Allaha kömək etməsəniz, O da sizə kömək etməyəcəkdir. “Əgər siz Allaha (Onun dininə) kömək göstərsəniz”: Apriori məlumdur ki, bu sözlərin altında Allah Onun düşmənlərinə qarşı qoşunlarımız, donanma və başqa maddi gücümüzlə Ona kömək etməyimizi nəzərdə tutmur. Bu sözlərin mənası heç də bunda deyil, çünki Allah (O Qüdrətli və Böyükdür) Öz işlərini idarə etməyə qadirdir və Onun maddi mənada heç kimin köməyinə ehtiyacı yoxdur, və bu öz-özlüyündə aydındır. Buna görə “Əgər siz Allaha (Onun dininə) kömək göstərsəniz” sözlərinin mənası bundan ibarətdir: “Əgər siz dinin əmrlərinə riayət etsəniz, elə bu da sizin Allaha köməyiniz olacaqdır (O Tərif edilən və Ucadır)”.
İndi isə, məgər müsəlmanlar bu şərti yerinə yetirdilər? Məgər onlar bu vəzifələrii yerinə yetirdilər?
Axı Allahın müsəlmanlara öz köməyini göstərməsi üçün bu şərt yerinə yetirilməlidir.
Cavab hər birinizdədir: müsəlmanlar Allaha kömək etmədilər (O Qüdrətli və Böyükdür)!” (“Vəziyyətin düzəldilməsi üçün müsəlmanın yolu”).

Digər xəbərlər