Azərbaycanın böyük qaz kəmərində güclü partlayış olub
748 dəfə baxılıb
Bakı-Tiflis-Qars-Ərzurum qaz boru xəttində partlayış olub. Partlayışla əlaqədar boru xəttində qaz nəqli dayandırılıb.
“Sələf Xəbər” Dunyamedia.az-a istinadən bildirir ki, Qars valisi Günay Özdemirin verdiyi məlumata görə, Bakı-Tiflis-Qars-Ərzurum qaz boru xəttinin Sarıkamış rayonundan keçən hissəsində partlayış baş verib. Onun sözlərinə görə, partlayışın səbəbi hələlik məlum deyil.
Özdemir bildirib ki, mütəxəssislər əraziyə göndərilib. Partlayışın səsi 20 kilometr aralıdan eşidilib. Faktla bağlı araşdırmalara başlanılıb. Bu gün Ağrı əyalətində Türkiyə-İran qaz kəmərində partlayıcı qurğu zərərsizləşdirilmişdi. Boru xəttinə partlayıcı qurğunu PKK silahlıları tərəfindən yerləşdirildiyi ehtimal edilir. İyulun sonunda Ağrı əyalətində İran-Türkiyə magistral qaz xəttinin 15 km-də partlayış baş vermişdi. Partlayışdan sonra yaranan yanğını qısa müddət ərzində söndürmək mümkün olmuşdu.
Bu yaxınlarda isə Türkiyə və İran arasındakı təbii qaz boru xəttinin Türkiyə hissəsində güclü partlayış törədilmişdi. Türkiyənin Enerji və Sərvətlər naziri Taner Yıldız bildirmişdi ki, boru xəttinin Türkiyənin Ağrı vilayətindən keçən hissəsi partladılıb. “Partlayış bu axşam törədilib. Partlayışdan sonra yanğın baş verib. Lakin qısa müddət ərzində alovun qarşısını almaq mükün olub.
Təmir işləri başa çatandan sonra İrandan Türkiyəyə təbbi qazın nəqli bərpa ediləcək. Bir neçə gün əvvəl Cizre-Silopi arasındakı elektrik xəttində, daha sonra Türkiyə və İran arasındakı təbii qaz boru xəttində təxribatın həyata keçirilməsi sadəcə dövlət və hökumətimizə qarşı deyil, həm də o bölgədəki vətəndaşlarımıza qarşıdır”, – deyə nazir bildirib.
Sələf Xəbər: Uca Allah buyurur: “Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız”. (Qurani-Kərim, “Təkasur” surəsi, 8-ci ayə)