Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycanın enerji operatorları Qurban bayramı günlərində gücləndirilmiş iş rejiminə keçəcək

Sentyabr 30
19:14 2014

“Sələf Xəbər” xəbər verir ki, “Azərenerji” ASC-dən Trend-ə verilən məlumata görə, Azərbaycanın enerji operatorları oktyabrın 4-dən 7-dək müqəddəs Qurban bayramı günlərində gücləndirilmiş iş rejiminə keçəcəklər.

Bayram günlərində ASC keyfiyyətli elektrik enerjisinin istehsalı və onun istehlakçılara fasiləsiz çatdırılmasından ötrü gücləndirilmiş rejimdə çalışacaq: “Bu, həm elektrik stansiyalarına, həm də elektrikötürücü xətlərə aiddir”.

“Bakıelektrikşəbəkə” ASC-dən isə Trend-ə bildiriblər ki, paytaxt istehlakçılarının elektrik enerjisinin verilişində problem hiss etməmələri üçün ASC bayram günlərində növbəli təşkil olunacaq gücləndirilmiş iş rejiminə keçəcək: “Bütün heyət bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq. Bundan əlavə, əlavə texnika cəlb ediləcək”.

İstehlakçıların həm fərdi qaydada, həm də bayram gəzintilərinin keçirildiyi yerlərdə keyfiyyətli elektrik enerjisi ilə fasiləsiz təmin olunması üçün Bakıda enerji operatorunun operativ qrupu çalışacaq. Elektrik enerjisinin verilişində problem yaranacağı halda istehlakçılar 199 nömrəli telefonla “qaynar xəttə” müraciət edə bilərlər.

Digər xəbərlər