Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycanın Hərbi Hava Qüvvələri hazırlıq vəziyyətinə gətirildi

Noyabr 28
15:42 2015

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qüvvə və vasitələri təlim çərçivəsində hazırlıq vəziyyətinə gətirilib.

“Sələf Xəbər”in Sputnik.az-a istinadən məlumatına görə, döyüş şəraitinə maksimal yaxın vəziyyətdə qəfil həyacan siqnalı ilə qaldırılan şəxsi heyətin döyüş qabiliyyəti, praktiki bacarığı, eləcə də döyüş vasitələrinin tətbiqi imkanları yoxlanılıb.

Təlim mərkəzində Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən döyüş tapşırığının yerinə yetirilməsi “Osa” 9A33BM-3 zenit-raket komplekslərinin istifadəsi ilə həyata keçirilib.

Şəxsi heyət hava məkanını pozan şərti düşməni aşkarlayaraq izlənməyə götürüb və təlim-döyüş tapşırığının yerinə yetirilməsi zamanı kiçik həcmli, aşağı yüksəklikdə, qrup halında uçan hədəflər raket zərbələri ilə dərhal məhv edilib.

Təlimdə qarşıya qoyulan vəzifə və tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib, şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”. (Qurani-Kərim, “Ənfal” surəsi, 60-cı ayə)

Digər xəbərlər