Azərbaycanın Misirdəki səfirliyinin təhlükəsizliyi gücləndirilib
744 dəfə baxılıb
Azərbaycanın Misirdəki səfirliyinin təhlükəsizliyi gücləndirilib.
Hazırda Azərbaycan səfirliyinin fəaliyyətinə heç nə təhlükə törətmir, lakin diplomatik missiya Qahirədə vaxtaşırı baş verən gərginlik fonunda təhlükəsizliyini gücləndirmək qərarına gəlib.
“Sələf Xəbər”in Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev deyib.
Bu arada Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, Krallığın Qahirədəki səfirliyi təhlükəsizliklə bağlı müxtəlif xidmətlərin göstərilməsini müvəqqəti dayandırıb: “Britaniya səfirliyi dekabrın 7-dən işini dayandırır. Krallığın İsgəndəriyyədəki konsulluğu isə adi rejimdə işləyir”.
Qeyd edək ki, ötən həftə Qahirədə məhkəmənin Misirin sabiq prezidenti Hüsnü Mübarəkə bəraət qərarı verməsi fonunda etiraz aksiyaları keçirilmişdi.
“Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır.”
Qurani-Kərim, “Hucurat” surəsi, 13 -cü ayə