Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanın Müdafiə naziri Bəhreyn Krallığında rəsmi səfərdədir

Dekabr 25
18:28 2014

Azərbaycan Respublikasının Müdafiə naziri Bəhreyn Krallığına rəsmi səfərə gedib.

“Sələf Xəbər”-in Trend-ə istinadən məlumatına görə, Müdafiə nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, dekabrın 25-də Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb.

Səfər çərçivəsində Bəhreyn Kralı, Müdafiə Qüvvələrinin Ali Baş Komandanı Əlahəzrət Şeyx Həməd bin İsa Əl Xəlifə, Bəhreyn Müdafiə Qüvvələrinin Baş komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd Əl Xəlifə ilə görüşlərin keçirilməsi, Bəhreyn Hərbi Hava və Hərbi Dəniz Qüvvələri Komandanlıqlarının, hərbi tibb müəssisələrinin ziyarət edilməsi, o cümlədən, İkitərəfli Əməkdaşlıq Planının imzalanması nəzərdə tutulub.

Səfər dekabrın 27-dək davam edəcəkdir.

 Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”. (Qurani -Kərim, “Ənfal” surəsi, 60-cı ayə).

Digər xəbərlər