Azərbaycanın Müdafiə naziri Türkiyə ordusunun Baş Qərargahında
663 dəfə baxılıb
3 ölkənin Silahlı Qüvvələri rəhbərlərinin birinci görüşü keçiriləcək.
Mayın 4-də Ankara şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikası Baş Qərargahının rəisi, ordu generalı Necdet Özel və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vaxtanq Kapanadzenin iştirakı ilə 3 ölkənin Silahlı Qüvvələri rəhbərlərinin birinci görüşü keçiriləcək.
“Sələf Xəbər” Movqe.az-a istinadən bildirir ki, görüşdə hərbi sahədə üçtərəfli formatda əməkdaşlığın aparılması, regional sabitlik və təhlükəsizlik məsələlərinin müzakirəsi, o cümlədən enerji daşıyıcıları, dəmiryolu xətti və digər regional layihələrin təhlükəsizliyinin təmin edilməsi istiqamətində vəzifələrin müəyyənləşdirilməsi və onların praktiki icra mexanizmləri müəyyən ediləcək.
Görüşün yekunlarına dair Protokolun imzalanması planlaşdırılır.
Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”. (Qurani-Kərim, “Ənfal” surəsi, 60-cı ayə)