Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycanın Pakistandakı səfiri mükafatlandırılıb

Dekabr 11
15:43 2014

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov “Diplomatik nailiyyətlərə görə” (Diplomatic Excellence Awards-2014) mükafatı ilə təltif olunub.

“Sələf Xəbər”-in APA-ya istinadən verdiyi məlumata görə, İslamabadda keçirilmiş təqdimat mərasimində Azərbaycanın bu ölkədəki səfiri daxil olmaqla, ölkələrarası əməkdaşlığın inkişafı, beynəlxalq təşkilatlarla Pakistanın münasibətlərində rol oynamış 6 diplomat mükafatlandırılıb.

Mərasimdə Pakistan Prezidenti Aparatının rəhbəri Əhməd Faruk, hökumət rəsmiləri, diplomatik korpus və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ə. Faruk çıxışında bildirib ki, “Diplomatik İnsight” jurnalı, Sülh və Diplomatiya İnstitutu, Pakistanın tanınmış ictimai-siyasi xadimləri, ziyalıları, jurnalistləri, ticarət və sənaye palataları təmsilçilərinin daxil olduğu komissiya tərəfindən Pakistan İslam Respublikasında aktiv fəaliyyət göstərən Azərbaycan, Almaniya, Avropa İttifaqı, Çin, İndoneziya, Cənubi Koreya səfirlərinə “Diplomatik nailiyyətlərə görə” mükafatının verilməsi qərara alınıb.

Ə. Faruk Pakistan və Azərbaycan arasında siyasi, diplomatik, təhsil, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafına verdiyi töhfələri əsas gətirərək komissiyanın qərarını diqqətə çatdırıb və “Diplomatik nailiyyətlərə görə” mükafatını Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarova təqdim edib.

“Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.”

Qurani-Kərim, “Nəhl” surəsi, 97-ci ayə

Digər xəbərlər