Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycanın Qırğızıstana göndərdiyi humanitar yardım çatıb

Dekabr 25
17:40 2015

Azərbaycanın Qırğızıstana göndərdiyi humanitar yardım ünvana çatdırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) cari ilin dekabr ayının 7-də Azərbaycan hökuməti adından Qırğızıstanın Oş vilayətində baş vermiş güclü zəlzələ ilə əlaqədar həmin ölkəyə göndərdiyi humanitar yardım bu gün ünvana çatdırılıb.

“Sələf Xəbər” bu barədə Trend-ə istinadən məlumat verir.

Xatırladaq ki, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bərə ilə yola salınmış və ümumi dəyəri bir milyon manat olan humanitar yardıma 19 ton qənd, 19 ton şəkər tozu, 19 ton düyü, 8 tondan artıq çay, 16 tondan artıq bitki yağı, 38 ton un, 19 ton makaron, 18 tondan artıq vermeşil, 3500 ədəd yataq dəsti (yastıq, adyal, döşəkağı dəsti), 50 ədəd generator, 240 ədəd çadır, 6006 kv.m dam örtüyü (dəmir şifer), 70 kubmetr taxta, 40.000 metr reyka, 26 tondan artıq benzin, 29 tona yaxın dizel və 195 ədəd istilik sobası daxildir.

Sələf Xəbər: Uca Allah buyurur: “Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah dilədiyi kimsənin (mükafatını )artırar. Allah (hər şeyi) Əhatəedəndir, Biləndir”. (QuraniKərim, “Bəqərə” surəsi, 261-ci ayə)

“Uca Allah qullarını öz mallarını Allah yolunda xərcləməyi və bu yolla gedərək Ona yaxınlaşmağa çağırır. Bu o deməkdir ki, möminlər öz mallarını faydalı biliklərin yayılmasına, Allah yolunda cihada hazırlaşmaya, müsəlman döyüşçülər üçün ləvazimatın və onların özlərinin hazırlanmasına və həmçinin müsəlmanların xeyrinə olan istənilən xeyriyyə layihələrinin həyata keçirilməsinə sərf etməlidirlər. Buraya habelə, ehtiyacı olanların, kasıbların və imkansızların xeyrinə ayrılan ianələr və sədəqələr da daxildir.
Belə ianələr və sədəqələr iki qat xeyir verir, axı onlar nəinki, ehtiyacı olanların ehtiyacdan xilas olmasına səbəb olur, həm də ardıcıl olaraq yaxşı əməllər yerinə yetirilməsinə və Allahı məmnun edən işlərin görülməsinə səbəb olur. Onlara görə mükafat isə, yeddi yüz dəfə və daha çox artırıla bilər. Məhz buna görə Allah deyir ki, O, istədiyi adama, onun qəlbində möhkəmlənmiş imanından, niyyətinin paklığından və sədəqələrinin verdiyi xeyirdən asılı olaraq, mükafatını artırır. Bir sıra yaxşı məqsədlərə yönəldilmiş sədəqələr uzun müddət bəhrə verir və onlardan gələn fayda müxtəlif olduğu halda, Allahın mükafatı həmişə edilən yaxşı əməlin növünə uyğun gəlir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər