Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycanın qış vaxtına keçəcəyi tarix açıqlanıb

Oktyabr 19
14:54 2015

Saatların əqrəbləri bir saat geri çəkiləcək.

Oktyabrın 25-də Azərbaycan ərazisində qış vaxtına keçiləcək.

“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 1997-ci il, 17 mart tarixli qərarına əsasən hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.

Beləliklə, bu il oktyabrın 25-də saat 05:00-da Azərbaycan ərazisində saatların əqrəbləri 1 saat geri çəkilməklə yay vaxtı ləğv ediləcək.

Sələf Xəbər: Uca Allah buyurur: “O (ağac) Rəbbinin izni ilə bəhrəsini hər vaxt (ilin bütün fəsillərində) verər. Allah insanlar üçün belə misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar! (Ağacın kökü yerdə, budaqları göydə olduğu kimi, möminin də imanı qəlbində sabit qalır, əməlləri isə göyə – Allah dərgahına yüksəlib ona daim savab qazandırır)”. (Qurani-Kərim, “İbrahim” surəsi, 25-ci ayə)

Digər xəbərlər