Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycanın yeni “ağıllı” bombaları – (FOTOLAR)

Oktyabr 07
16:10 2016

Bu yaxınlarda Bakıda keçirilən “ADEX 2016” sərgisində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi aviasiya bombaları nümayiş etdirilib.

Selefxeber.az-ın məlumatına görə AzVision.az xəbər verir ki, MSN müəssisələri tərəfindən istehsal olunan bombalar düşmənin zirehli texnikasını və canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulub.

Bunlar təyyarə və helikopterdən atılan bombalardır. Qəlpəli-fuqas aviasiya bombalarının ən kiçiyi 25, ən böyüyü isə 500 kq-dır.

Həmçinin bunlar sərbəst düşən və idarəolunan aviasiya bombalarıdır. Onların arasında 100 və 250 kiloqramlıq bombalarla yanaşı, betondələn aviasiya bombaları da var. Aviasiya bombalarının atılan hündürlükdən asılı olaraq dağıdıcı məsafəsi də dəyişir.

Ən diqqət çəkən “QFAB-100SAB” qəlpəli-fuqaslı süzən aviasiya bombasıdır.

📷

adexsergisi-1
adexsergisi-2

adexsergisi-5

adexsergisi-3

adexsergisi-6

adexsergisi-7

Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız” (“Ənfal” surəsi, 60).

Digər xəbərlər