Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycanla Aİ arasında vizaların ləğv edilməsi məsələsi müzakirə olunur

Aprel 14
17:23 2017

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında vizaların ləğv edilməsi mümkünlüyü ilə bağlı məsələyə münasibət bildirib.

Selefxeber.az-ın məlumatına görə, Hikmət Hacıyev “Oxu.Az”-a açıqlamasında bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında olan əməkdaşlıq çərçivəsində Aİ tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə vizaların ləğv edilməsi müzakirə mövzularından biridir.

“Aİ ilə Azərbaycan arasında vizaların sadələşdirilməsi və readmissiya haqqında saziş artıq bir neçə ildir qüvvədədir. Sözügedən saziş çərçivəsində uğurlu əməkdaşlıq viza məsələsi ilə əlaqədar müzakirələrin növbəti yeni mərhələyə çıxarılmasına əlverişli zəmin yaradır”, – deyə XİN sözçüsü vurğulayıb.

O əlavə edib ki, vizaların ləğv edilməsi məsələsinin Azərbaycan və Aİ arasında danışıqlar aparılan yeni tərəfdaşlıq sazişi çərçivəsində baxılması da istisna deyil.

Qeyd edək ki, aprelin 25-də Bakıda Azərbaycanla Aİ arasında yeni strateji tərəfdaşlıq sazişi ilə bağlı danışıqların ilk raundu keçiriləcək.

Digər xəbərlər