Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycanla Qatar arasında nəqliyyat müzakirəsi

Dekabr 01
15:52 2014

Azərbaycanın Qatardaki səfirliyi bu ölkənin Nəqliyyat naziri Cassim Saif Əhməd Al-Sulaiti ilə görüş keçirib.

“Sələf Xəbər”-in “Qafqazinfo”-ya istinadən xəbərinə görə, səfirlikdən bildirilib ki, görüşdə nazir Cassim Saif Əhməd Al-Sulaitiyə ölkəmizin nəqliyyat infrastrukturu barədə məlumat verilib. Bildirilib ki, 2011-ci ildə Azərbaycanın nəqliyyat nazirinin Qətər dövlətinə etdiyi rəsmi səfəri çərçivəsində ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Cassim Saif Əhməd Al-Sulaiti yeni formalaşan nazirliyin beynəlxalq əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. O, Qətər Dövlətinin Baş naziri ilə keçirdiyi görüşdə Azərbaycan Respublikasının da əməkdaşlıq üçün prioritet ölkələr sırasına daxil edilməsinin tövsiyə olunduğunu bildirib.

O, qarşılıqlı sərmayə imkanları, biznes dairələrinin əməkdaşlığı və təcrübə mübadiləsinin aparılması məqsədilə yaxın gələcəkdə ölkəmizə səfər etmək niyyətində olduğunu vurğulayıb.

 

 Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır.” (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə).

Uca Allahın Quranda məhz nəqliyyatı xatırlatması ona görədir ki, bu – Onun insanlar üçün böyük lütflərindən biridir. Hələ bundan bir az əvvəl, maşın, qatar, təyyarə və başqa nəqliyyat növlərinin ixtirasına qədər, insanlar hər hansı rahatlıq olmadan yola həftələr, hətta, aylar sərf edirdi, bu gün isə biz rahat şəkildə gün ərzində dünyanın istənilən nöqtəsinə çatırıq, bu da şübhəsiz ki, Uca Allahın bir lütfüdür.

Digər xəbərlər