Azərbaycanla Qətər arasında turizm məsələləri müzakirə edilib
642 dəfə baxılıb
Azərbaycanla Qətər arasında turizmin inkişafı istiqamətində görülməli işlər müzakirə edilib.
“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, Mədəniyyət və Turizm nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu məsələ mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikası və Körfəz ölkələri arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi və intensivləşdirilməsi məqsədilə Qətər Dövlətinin Doha şəhərinə səfəri zamanı müzakirə edilib.
Ə.Qarayevin səfər çərçivəsində Qətərin İqtisadiyyat və Ticarət naziri Şeyx Ahmed bin Jassim bin Mohammed Al-Thani ilə görüşüb. Görüşdə Azərbaycanda mövcud olan turizm infrastrukturu və potensialı haqqında söhbət açılmış, hər iki ölkədən gələn turistlərin sayının artması istiqamətində görüməli işlər müzakirə edilmişdir. Bu sahədə infotur və press-turların keçirilməsi təklif olunmuş, qeyd olunmuşdur ki, qısa zaman müddətində tədbirlər planının hazırlanması üçün iki nazirlik arasılnda işçi qrup yaradılsın və turizm axınının artırılması məqsədilə təkliflər irəli sürülsün. Ə.Qarayev Azərbaycanın turizm imkanlarından söhbət açarkən əsasən sağlamlıq turizmi, qış turizmi haqqında geniş məlumat vermiş, Şahdağ Turizm Kompleksinin geniş imkanlarından söhbət açmışdır.
Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə nazirliyin nümayəndələri ilə yanaşı, Azərbaycan Konqreslər Bürosu və “Şahdağ Turizm Mərkəzi”-nin rəhbərləri də daxildir. Səfər zamanı Azərbaycanın turizm sənayesi nümayəndələri də, Qətər turizm nümayəndələri ilə görüşlər keçirmiş, ikitərəfli əməkdaşlıq memorandumları imzalanmışdır.
Sələf Xəbər: Yaşadığımız bu təbiət Allahın bizə əta etdiyi nemətlərdən sayılır. Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları; meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)
Şübhəsiz ki, ətraf mühit də Allahın ən möhtəşəm yaratdıqlarından biridir. Dinimiz nəyinki ətraf mühiti qorumağı buyur, əksinə onu daha da yaxşılaşdırmağı insanlara tövsiyə edir.
Biz, insanların verilən bu nemətin qədrini bilməyimiz vacibdir. Nemətdən düzgün istifadə etməmək onun azalmasına və ya tamamilə məhv olmasına gətirib çıxarır.