Azərbaycanla Türkiyə arasında saziş təsdiqlənib
Fevral 11
18:52
2015
764 dəfə baxılıb
Türkiyə parlamenti Azərbaycanla imzalanmış sazişi təsdiqləyib.
“Sələf Xəbər” bildirir ki, Trend bu barədə Türkiyə Böyük Millət Məclisinin rəsmi saytına istinadən məlumat verir.
Məlumata əsasən, parlament Azərbaycan və Türkiyə hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında Sazişi təsdiq edib.
Qeyd edək ki, sözügedən sənəd 2013-cü il noyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri çərçivəsində imzalanıb. Sazişi Azərbaycanın Nəqliyyat naziri Ziya Məmmədov və Türkiyənin sabiq Nəqliyyat, Dənizçilik və Kommunikasiya naziri Binali Yıldırım imzalayıblar.
Sələf Xəbər: Uca Allah buyurur: “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!” (Qurani-Kərim, “Maidə” surəsi, 2-ci ayə)