Azərbaycanlı ailə Suriyaya döyüşə getdi
1. 239 dəfə baxılıb
Oxu.Az Axar.az-a istinadən xəbər verir ki, azərbaycanlı Cavid Rabil oğlu Qasımov Suriyadakı döyüşlərə qoşulmaq üçün ölkəni tərk edərək Türkiyəyə gedib. Bu barədə C. Qasımovun xalası oğlu Aqil Kərimov məlumat verib.
Onun sözlərinə görə, Ağdam rayon sakini, 1992-ci il təvəllüdlü Cavid Rabil oğlu Qasımov həyat yoldaşı Gülüzə Adil qızı Kərimovanı da götürərək işləmək adı ilə Türkiyəyə aparıb: “Sonradan qohumların araşdırması nəticəsində məlum oldu ki, C.Qasımov təkfirçi qruplaşmasına qoşulub. Hətta sosial şəbəkələrdə “Adbullah Sələfi” ləqəbi ilə çıxış edib, internet üzərindən icma üzvləri ilə intensiv əlaqələr saxlayıb”.
Qeyd edək ki, G.Kərimova C.Qasımovun xalası qızıdır. Onlar bu ilin martında ailə qurublar və qadın hazırda hamilədir. Buna görə ailənin narahatlığı daha da artıb.
Aqil Kərimov bacısı və kürəkəni ilə bir müddət əvvələ qədər telefon əlaqəsi saxladıqlarını deyib. Sonuncu dəfə onlar iyulun 5-də danışıblar. Qohumlar onların geri qayıtmasını təkidlə tələb etsələr də, təriqətçi gənclər yollarından dönməyiblər.
A.Kərimov isə bacısının oğurlanaraq aparıldığını iddia edir.
Hazırda C.Qasımovun valideynləri onun və həyat yoldaşının geri qaytarılması üçün Milli Təhlükəsizlik Nazirliyinə müraciət ediblər.
Sələf Xəbər: Nüfuzlu alim Əbdül Muhsin əl-Abbadda (Allah onu qorusun) “Suriyada cihad varmı və oraya cihada getmək icazəlidirmi?” sualı verildi.
Şeyx cavab verdi: “Həqiqətən Suriya əhalisinin onlar üçün edilən duaya daha çox ehtiyacı vardır. Hər kəs onlar üçün məqsədli şəkildə dua etməlidir. Oraya getməyə gəldikdə isə buna ehtiyac yoxdur, çünki orada problem döyüşənlərin sayında deyil. Bundan əlavə, təhlükə var ki, oraya (Suriyaya) gedənlər (xəvaric və təkfirçi) qruplaşmaları kimi ola bilər, hansılar ki, İraqdakı müharibəyə getdilər və o səbəblə də orada şər və pislik yayıldı.”