Hakerlərimiz hücuma keçib
Yanvar 20
17:07
2016
649 dəfə baxılıb
“Anti-armenia Team” adlı Azərbaycanlı hakerlər qrupu Ermənistanın bütün səfirliklərinin, beynəlxalq təşkilat nümayəndəliklərinin saytlarını dağıdıb.
“Sələf Xəbər” Aznews.az-a istinadən xəbər verir ki, dağıdılan saytlardan 41-i səfirliklərə, 6-sı beynəlxalq təşkilat nümayəndəliklərinə aiddir. Dağıdılan saytlarda 20 yanvarla bağlı video və fotolar yerləşdirilib.
Qeyd edək ki, 2014-cü il iyulun 26-da “Anti-armenia Team”-in hakerləri Ermənistan prezidentinin və bu ölkənin bir çox mühüm nazirliklərinin saytlarını dağıdaraq sıradan çıxarıb.
Sələf Xəbər: Uca Allahdan torpaqlarımızın geri alınmasında xalqımıza kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!