Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycanlı zəvvarların hamısı Həcdən qayıdıb

Oktyabr 16
18:26 2014

“Sələf Xəbər” xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların sonuncu qrupları dünən vətənə qayıdıb.

Oktyabrın 11-dən 15-nə qədər gerçəkləşən təyyarə reysləri ilə azərbaycanlı zəvvarların hamısı vətənə dönüb. Bununla da bu il Həcc ziyarətinə qatılmış 4 minə yaxın azərbaycanlı zəvvarın hamısı ölkəyə dönmüş olacaq.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov bildirib ki, ziyarət zamanı azərbaycanlı zəvvarların səhhətində ciddi problem müşahidə edilməyib.

Xatırladaq ki, azərbaycanlı zəvvarlar Məkkə şəhərində Həcc ayinlərini başa vurduqdan sonra Mədinə şəhərinə səfər ediblər. Onların Bakıya qayıdışı da Mədinə şəhərindən gerçəkləşir.

“Kim Həcci Allah üçün, arvadına yaxınlaşmadan və heç bir günah və pis əməl etmədən yerinə yetirərsə, anadan doğulduğu kimi (günahsız olaraq) geri qayıdar.” (əl-Buxari)

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)

Digər xəbərlər