Azərbaycanlı zəvvarların Həcdən qayıdış vaxtı açıqlandı
953 dəfə baxılıb
Azərbaycandan bu il Həcc ziyarətinə gedən zəvvarların geri dönüş qrafikləri müəyyənləşib.
Selefxeber.az xəbər verir ki, Həcc missiyasından “APA”ya verilən məlumata görə, azərbaycanlı zəvvarların ilk qrupları Mədinə şəhərindən Bakıya sentyabrın 12-də, növbəti qruplar isə sentyabrın 13-ü, 14-ü və 15-i dönəcək.
O da bildirilib ki, hazırda ziyarət əməllərini yerinə yetirən zəvvarlar sabahdan Mədinə şəhərinə getməyə başlayacaqlar.
Qeyd edək ki, builki kvota 600 nəfər nəzərdə tutulsa da, Azərbaycandan 900 zəvvar Həccə gedib. Kvota aşılsa da, bu il zəvvarların sayı ötən ildən azdır. 2016-cı ildə Azərbaycandan 1040 zəvvar Həcc ziyarətində olub. Əvvəlki illərdən fərqli olaraq, bu il zəvvarlar üçün fərqli paketlər (VİP və nisbətən ucuz) təqdim edilməyib. Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 dollardır. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar bu il də zəvvarlar avtobusla yox, təyyarə ilə Səudiyyə Ərəbistanına gediblər. Uçuşları AZAL həyata keçirir. Azərbaycanda Həcc ziyarətinin təşkilatçısı yalnız Qafqaz Müsəlmanları İdarəsidir.