Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycanlı zəvvarların vətənə dönəcəkləri vaxt məlum oldu

Sentyabr 14
16:04 2016

Azərbaycanlı zəvvarlar bu gün günorta namazını Minada qıldıqdan sonra Məkkəyə gedəcəklər.

Selefxeber.az “Report”a istinadən xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev bildirib.

H.Babayev deyib ki, Məkkədə zəvvarlar Həcc əməllərini bitirəcəklər: “Bu gün bütün zəvvarlar Məkkəyə gətiriləcək və onlar Həcc əməllərini başa vuracaqlar. Zəvvarların birinci qrupunun Mədinəyə dönüşü sentyabrın 16-da başlayacaq. Hacılar Azərbaycana sentyabrın 19-dan gəlməyə başlayacaqlar. Onlar hər gün iki reys olmaqla Bakıya sentyabrın 19-u, 21-i və 22-si tarixlərində gətiriləcəklər”.

H.Babayev onu da qeyd edib ki, zəvvarların sağlamlıq vəziyyətləri normaldır: “Zəvvarlarımız arasında ağır xəstələnənlər yoxdur. Bir-iki nəfərdə günvurma, iki qadında isə ürək çatışmazlığı problemi yaranmışdı ki, onlara da həkimlərimiz tibbi xidmət göstərib. Hazırda vəziyyətləri yaxşıdır”.

Sələf Xəbər: “Həqiqətən, aləmlərdən ötrü bərəkət və doğru yolu göstərən rəhbər kimi insanlar üçün ilk qurulan ev Bəkkədədir. Orada aydın nişanələr – İbrahimin məqamı vardır. Oraya daxil olanın təhlükəsizliyi təmin olunar. Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur.” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 96-97-ci ayələr).

Digər xəbərlər