Azərbaycanlılar İraq türkmənlərinə yardım edəcək
875 dəfə baxılıb
“Sələf Xəbər” Ummaİnfo-ya istinadən bildirir ki, Azərbaycanlılar İraqda yaşayan etnik türkmənlərə maddi və mənəvi dəstək verməyi planlaşdırır.
Bu məsələ “Soyqırımları haqqında həqiqətlərin çatdırılması” İctimai Birliyinin və Ümumdünya Azərbaycan Konqresinin (ÜAK) Azərbaycan nümayəndəliyinin Bakıda təşkil etdiyi görüşdə müzakirə olunub.
Kampaniyanın təşəbbüskarı, İctimai Birliyin sədri Ceyhun Ələkbərov vurğulayıb ki, əsas məqsəd – türkmənlərə maddi və mənəvi dəstək göstərməkdir.
ÜAK-nin Azərbaycan nümayəndəliyinin sədri Səftar Rəhimli bildirib ki, İraq türkmənləri artıq bir ilə yaxındır terror qruplaşmaları tərəfindən öz evlərindən məcburən çıxarılır və ya öldürülür.
ÜAK-nin Azərbaycan nümayəndəliyi bu çətin günlərində türkmənlərə dəstək olmaq üçün “Haray” adı altında yardım kampaniyası keçirmək qərarına gəlib: “Türkmənlər aclıqdan və susuzluqdan əziyyət çəkir. Biz də təklif edirik ki, yardımın əsas hissəsi qida məhsullarından ibarət olsun. İraqdakı həmvətənlilərimizə yardım göstərmək hər birimizin borcudur”.
Bu təşəbbüsə artıq bir neçə təşkilat qoşulub.
“Kim bir möminin dünya kədərlərindən (sıxıntılarından) birini azaldarsa, Allah Təala Qiyamət günü onun kədərlərindən (sıxıntılarından) birini azaldar. Kim çətinliyə düşənin işini asanlaşdırarsa, Allah Təala də onun işini dünyada və axirətdə asanlaşdırar. Allah, öz qardaşına kömək edən bəndənin köməyində olar” (Muslim 4\ 2074\ № 2699).Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)