Azərbaycanlılar Nepaldan təxliyə edilib
May 01
09:07
2015
730 dəfə baxılıb
Fövqəladə Hallar Nazirliyi tərəfindən Nepal Federativ Demokratik Respublikasına yola salınmış humanitar yardım ünvana çatdırılıb.
Prezident İlham Əliyevin göstərişinə əsasən, aprelin 29-da Azərbaycan hökuməti adından Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən “BE-200ÇS” tipli təyyarə ilə Nepal Federativ Demokratik Respublikasına yola salınmış humanitar yardım ünvana çatdırılıb.
“Sələf Xəbər” “A24.az”-a istinadən bildirir ki, FHN-in mətbuat xidmətindən verilən məlumata görə, prezidentin göstərişinin icrasının davamı olaraq, 13 Azərbaycan və 4 Gürcüstan vətəndaşı həmin təyyarə ilə Nepalda təbii fəlakət zonasından təxliyə edilib.
Sələf Xəbər: Uca Allah buyurur: “Allahın izni olmadan (heç kəsə) bir müsibət üz verməz”. (Qurani-Kərim, “Təğabun” surəsi, 11-ci ayə)