Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycanlıların bir hissəsi həcdən qayıdır

Oktyabr 11
16:16 2014

“Sələf Xəbər” APA-ya istinadən xəbər verir ki, Həcc ziyarətini başa vuran azərbaycanlı zəvvarların ilk qrupu bu gün Azərbaycana qayıdacaq.

Bu barədə APA-ya məlumat verən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib ki, oktyabrın 11-dən 15-nə kimi bir neçə reys həyata keçiriləcək: “Sabah gün ərzində dörd reys, oktyabrın 12-nə keçən gecə isə iki reys həyata keçiriləcək. Oktyabrın 15-də isə zəvvarların vətənə qayıdışı tamamilə başa çatacaq”.

R. Dadaşova qeyd edib ki, əvvəlki illərdən fərqli olaraq bu il zəvvarların ölkəyə qayıdışını Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarələr həyata keçirəcək.

Xatırladaq ki, bu il Azərbaycandan olan zəvvarların Həcc ziyarəti yalnız təyyarə ilə baş tutub. Suriyadakı vəziyyət və regionda İŞİD təhlükəsi ilə əlaqədar olaraq bu il də zəvvarlar avtobuslarla səfər edə bilməyiblər.
Bu il Azərbaycandan Həcc ziyarətinə 4 minə yaxın zəvvar gedib.

“Kim Həcci Allah üçün, arvadına yaxınlaşmadan və heç bir günah və pis əməl etmədən yerinə yetirərsə, anadan doğulduğu kimi (günahsız olaraq) geri qayıdar.” (əl-Buxari)

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)

Digər xəbərlər