Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

“Azərkosmos” nüfuzlu sərgidə iştirak edəcək

Avqust 25
17:22 2014

“Sələf Xəbər” Bakupost.az-a istinadla xəbər verir ki, Azərbaycanın peyk operatoru “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti Niderlandın Amsterdam şəhərində keçiriləcək “IBC” (International Broadcasting Convention) sərgi və konfransında iştirak edəcək.

Sentyabrın 11-dən 16-dək davam edəcək beynəlxalq tədbirlər Avropada teleradioyayım sahəsi üzrə texnologiyalara həsr olunub. “Azərkosmos” tədbirdə 5.B06 nömrəli stend ilə təmsil olunacaq və peyk rabitəsi xidmətlərini, yerüstü peyk stansiyalarını (sabit uplinks) nümayiş etdirəcək.

Ümumiyyətlə “IBC” sərgi və konfransı hər il təşkil olunur və 120-130 ölkədən 1200-1300 eksponent iştirak edir. Bu il sərgidə 1000-dək şirkət media vasitələri sahəsində yeni texnologiyalar və ən aparıcı ideyalar təqdim edəcək. Sərgidə audio və video sistemlər, kabellər, rəqəmli texnologiyalar və digər müxtəlif avadanlıqlar nümayiş olunacaq.

Digər xəbərlər