Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

“Bakı Metropoliteni”ndə tibbi xidmət yaradılması gündəmdədir

Yanvar 28
15:53 2015

Son vaxtlar “Bakı Metropoliteni”nin stansiyalarında sərnişinlərin halının pisləşməsi, ölüm halları baş verir. Tez-tez baş verən hadisələr metroda tibbi xidmət məsələsini gündəmə gətirib. Stansiyada halı pisləşən şəxs təcili yardım gələnə qədər dünyasını dəyişir.

“Sələf Xəbər” Avropa.info-ya istinadən bildirir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev açıqlamasında stansiyalarda sərnişinlərə xidmət göstərəcək tibbi personalın olmadığını deyib:
“Stansiyalarda mövcud personal metro əməkdaşları üçün nəzərdə tutulub. Həmin şəxslər stansiyaların təlimatlandırılmış əməkdaşlarıdır. Onların tibb təhsili yoxdur, sadəcə, ilkin tibbi yardım göstərə bilir.

Bu gün metroda hər hansı sərnişin özünü narahat hiss edən kimi dərhal stansiya əməkdaşlarına məlumat verilir. Onlar da təcili yardım həkimlərini çağırır. Təcili yardım həkimlərinin gecikməsi müşahidə edilmir. Onlar gələnə qədər stansiyadakı əməkdaşlarımız əllərində olan vasitələrlə həmin şəxslərə ilkin tibbi yardım göstərməyə çalışır. Bunun üçün də bütün stansiyalar lazımi tibbi ləvazimatlarla təmin edilib”.

Metroda həkimlərin fəaliyyət göstərməsinə gəldikdə, N.Paşayev bu məsələnin yalnız “Bakı Metropoliteni”nin səlahiyyətində olmadığını dedi:
“Stanasiyalarda həkimlərin olması üçün kadrlara ehtiyac var. Bu vaxta qədər metronun belə kadrları olmayıb. Biz də metroda həkimlərin xidmət göstərməsini istərdik. Bunun üçün “Bakı Metropoliteni”ndə əlavə xidmət yaradılmalıdır, yoxsa Səhiyyə Nazirliyi bunun üçün xüsusi məntəqə açmalıdır, bu, bəlli deyil. Bu, həm də əlavə xidmət deməkdir. Bu, müzakirə tələb edən mövzudur. Biz məsələni müzakirə etmişik, belə fikirlər var. Lakin bu, bir gündə yaradılacaq xidmət deyil. Əlaqədar təşkilatlarla razılaşıb sonra qərar verə bilərik”.

 Sələf Xəbər: Uca Allah buyurur: “Allah da sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaltsın…” (Qurani-Kərim, “Mücadilə” surəsi, 11-ci ayə)
“Müsəlmanların ehtiyacı olan və ümmətin rifahının asılı olduğu (tibb, kənd təsərrüfatı, sənaye və s. kimi) bu və ya digər dünyəvi elmi, ixtisası öyrənən və müsəlman ümmətinə xeyir gətirmək üçün onu tətbiq edən müsəlman, həmçinin, Allahın dərəcələrini ucaltdığı kəslərin sırasına daxildir.” (Səudiyyə Ərəbistanının Fətvalar üzrə Daimi Komitəsinin fətvalarından: 77/12)

Digər xəbərlər