Bakıda 6 saata 500 sürücü cərimələnib – FOTO
629 dəfə baxılıb
Onlar Avropa Oyunları üçün çəkilən sarı yola çıxıblar.
Ötən gün səhər saat 08:00-dan başlayaraq paytaxtda qadağan olunmuş xətt üzrə hərəkət edən avtomobillərin qeydiyyatına başlanılıb.
“Sələf Xəbər” ANS PRESS-ə istinadən bildirir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinn rəhbəri Vaqif Əsədovun verdiyi məlumata görə, qayda pozan 500-dən çox sürücü barəsində protokol hazırlanıb.
Onun sözlərinə görə, qeydə alınan qayda pozuntuları sənədləşdirilir və sürücülərin ünvanlarına göndərilir. Sənədləri aldıqdan sonra sürücülər geci 5 gün ərzində cərimələri ödəməlidirlər.
“Qoyulan qanunlara əməl olunmalıdır. Bu zarafat deyil. Bütün sürücülər həm öz mədəniyyətlərini, həm də paytaxta gələn turistlərə Azərbaycanda yol hərəkəti mədəniyyətini nümayiş etdirəcəklər. Buna görə də, sürücülər həm artıq xərcə düşməmək, həm də yüksək mədəniyyət nümayiş etdirmək üçün qanuna əməl etməlidirlər”.
Sələf Xəbər: Şeyx İbn Bəzin (Allah ona rəhmət etsin) başçılığı ilə Fətvalar üzrə daimi komitə fətva vermişdir:
“Yol hərəkəti qaydalarını pozmaq qadağandır, çünki bu qaydalar müsəlmanların xeyrinə qoyulub. Bu qaydaları, həmçinin ona görə pozmaq olmaz ki, bu əməldə rəhbərə asi olmaq vardır, halbuki Allah bizə Özünün qadağan etmədiyi şeylərdə rəhbərə tabe olmağı əmr edib. Uca Allah buyurur: “Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə (şəriətə uyğun şəkildə itaət edin)”. (Qurani-Kərim, “Nisa” surəsi, 59-cu ayə)