Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Bakıda Azərbaycan-Türkiyə səhiyyə forumu keçirilir

İyun 30
11:48 2014

SİA xəbər verir ki, iyunun 27-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında tənəffüs sistemi xəstəlikləri üzrə Azərbaycan-Türkiyə səhiyyə forumu öz işinə başlayıb. Universitetin prorektoru İbrahim İsayev forumun ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə əlaqədar keçirilən beynəlxalq tədbirlərdən biri olduğunu diqqətə çatdırıb. “XXI əsrdə əsasən allergik və onkoloji xəstəliklər daha sürətlə artıb. Bu baxımdan tənəffüs sistemi xəstəlikləri üzrə forumda aparılacaq müzakirələr hər iki ölkənin həkimləri üçün faydalı olacaq. Forumun keçirilməsində əsas məqsəd Türkiyənin tanınmış mütəxəssisləri ilə birgə tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir”, – o, əlavə edib.

Forumun açılışında İstanbul Universiteti Cərrahpaşa tibb fakültəsinin tənəffüs yolu xəstəlikləri şöbəsinin professorları Bülent Tutluoğlu və Günay Aydın, ATU-nun II uşaq xəstəlikləri kafedrasının müdiri, professor Amaliya Əyyubova çıxış edib. Eyni zamanda, Türkiyənin Akademik Solunum Dərnəyinin fəaliyyəti barədə məlumat verilib.

Türkiyəli qonaqlara ATU-nun xatirə hədiyyələri təqdim edildikdən sonra forum işini panel iclaslarında davam etdirib. Panel iclaslarında Türkiyənin tanınmış mütəxəssislərinin, eləcə də yerli mütəxəssislərin tənəffüs sistemi xəstəliklərinə dair ən aktual
problemlər və tətbiq edilən son müalicə metodları ilə bağlı məruzələri dinləniləcək, fikir mübadiləsi aparılacaq.

“Ey Allahın qulları, müalicə olunun. Çünki ALLAH qocalıqdan başqa dərmansız heç bir xəstəlik verməyib” (İbn Macə).

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)

Digər xəbərlər