Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Bakıda dəhşətli yol qəzası – VİDEO

Aprel 18
20:13 2015

“Lifan” markalı minik maşını yolun kənarındakı işıq dirəyinə çırpılıb.

Ötən gecə Bakının Nizami rayonu ərazisində baş verən dəhşətli qəzada ölənlərin və yaralının kimliyi məlum olub.

“Sələf Xəbər” ANS PRESS-ə istinadən bildirir ki, Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, Ziya Bünyadov prospektində baş verən ağır yol qəzası nəticəsində 1954-cü il təvəllüdlü Akif Səlim oğlu Səlimov ağır yaralanıb. Onu ağır vəziyyətdə xəstəxanaya yerləşdiriblər.

Qəza zamanı dünyasını dəyişən 1984-cü il təvəllüdlü Faiq Rafiq oğlu Dəmirov, 1990-cı il təvəllüdlü Zaur Sərvər oğlu Əmirov və onun əmisi oğlu, 1985-ci il təvəllüdlü Anar Sərdar oğlu Əmirovdur.

Qeyd edək ki, ötən gecə Ziya Bünyadov prospekti ilə Qara Qarayev prospekti istiqamətində yüksək sürətlə hərəkətdə olan “Lifan” markalı minik maşını yolun kənarındakı işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində avtomobil iki hissəyə bölünüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

🎬

Sələf Xəbər: Uca Allah buyurur: “Heç kəs sabah nə qazanacağını bilə bilməz, heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır”. (Qurani-Kərim, “Loğman” surəsi, 34-cü ayə)

“Yalnız Uca Allah bilir ki, insanı sabahkı gündə hansı maddi və mənəvi nailiyyətlər gözləyir. Təkcə Allaha məlumdur ki, insana harada ölməsi nəsib olacaqdır. Bu şeylər haqqında biliklərə Allahdan başqa heç kim sahib deyildir və bu – Allahın elminin cüzi bir hissəsidir ki, tamamilə bütün varlıqları əhatə edir. Bilən və Xəbərdarolan adları – Allahın gözəl adları arasındadır. Ona aşkarda və qeybdə olanlar da, gizlində və açıqda olanlar da məlumdur”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər