Bakıda əksər sürücülər bu qaydanı daha tez-tez pozur – VİDEO
1. 155 dəfə baxılıb
İşıqforun qırmızı işığında dayanarkən “stop” xətti keçənlərə 40 manat cərimə düşür.
Yəqin müşahidə etmisiniz əksər sürücülər işiqforun qadağanedici siqnalı işə düşəndə işıqforun qarşısındaki stop xətti kəsib keçirlər. Düşünürlər ki, maşını məhz işıqfor dirəyinin yaxınlığında saxlamaq lazımdır. Təbii ki, bu da doğru yanaşma deyil. Yollardakı kameralar sin günlər daha da müasirləşdirildiyindən, bu qaydanın pozanlar kameralar tərəfindən lentə alınır.
Biri işıqforun qarşısındakı stop xətti qismən, digəri isə tamamilə keçir.
Selefxeber.az “Xəzər Xəbər”ə istinadən bildirir ki, Bakıda əksər sürücülər bu qaydanı tez-tez pozur.
Ancaq işıqforun qırmızı işığında dayanarkən «stop» xətti keçənlərə 40 manat cərimə düşür. Yollarda quraşdırılmış kameralar bir müddətdir bu qaydanı pozanları da qeydə alır. Videonəzarət qurğuları daha da müasirləşdirildiyindən belə sürücülər də bağışlanmır.
Müşahidələr göstərir ki, bu qayda pozuntusuna yol verən sürücülər kameraların onları lentə aldığından məlumatsızdırlar
Göründüyü kimi bəzi sürücülər ərazidə sırf kameraların olmasına görə davranırlar. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məhz belə sürücülərə ismarıc göndərib.
Sələf Xəbər: Şeyx İbn Bəzin (Allah ona rəhmət etsin) başçılığı ilə Fətvalar üzrə daimi komitə fətva vermişdir:
“Yol hərəkəti qaydalarını pozmaq qadağandır, çünki bu qaydalar müsəlmanların xeyrinə qoyulub. Bu qaydaları, həmçinin ona görə pozmaq olmaz ki, bu əməldə rəhbərə asi olmaq vardır, halbuki Allah bizə Özünün qadağan etmədiyi şeylərdə rəhbərə tabe olmağı əmr edib. Uca Allah buyurur: “Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə (şəriətə uyğun şəkildə itaət edin)”. (Qurani-Kərim, “Nisa” surəsi, 59-cu ayə)