Bakıda intihar cəhdinin qarşısı alınıb
931 dəfə baxılıb
Bakıda bir nəfər kişi intihar məqsədi ilə özünü metronun “Koroğlu” stansiyası yaxınlığındakı körpüdən atmaq istəyib.
Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, körpüyə qalxarkən həmin şəxs özünü yandırmaq üçün benzin də götürüb. İntihara cəhd edən şəxs əslən Ermənistandan olan 62 yaşlı Yusif Abbas oğlu Əmirov olub.
Əraziyə polis, FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və Təcili Tibbi Yardım briqadaları cəlb olunub.
Hadisə yerinə gələn psixoloqlarla söhbətində Y. Əmirov, bildirib ki, günahsız yerə 14 il həbsdə yatıb. Azadlığa çıxandan sonra ona qarşı başlanmış cinayət işi yenilənib. Y.Əmirov da buna etiraz olaraq intihar etmək istəyir.
Sələf Xəbər: “Uca Allah buyurur: “…və bir-birinizi məhv etməyin. Həqiqətən, Allah sizə qarşı Rəhmlidir.” (Müqəddəs Quran, “Nisa” surəsi, 29-cu ayə).
“Allah müsəlmanlara bir-birini öldürməyi və intihar etməyi qadağan etmişdir. Bu qadağa həm öz həyatı üçün təhlükə yaradılmasına və həm də şikəstlik və ya ölümlə nəticələnən əməllərə yol verilməsinə aid edilmişdir. Allah qullarına qarşı rəhmdildir və Öz lütfü ilə O, onların həyatı və mülkiyyəti haqqında qayğı çəkir, onlara ziyan vura bilən və ya onları həlak edə bilən addımlar atmağı qadağan edir və bir sıra dini məhdudiyyətləri bu müddəa ilə bağlayır.” (Bax “Təfsir Əs-Saadi”).