Bakıda İsrail səfirliyi qarşısında aksiya keçirilib
İyul 26
17:27
2014
1. 122 dəfə baxılıb
Azadxeber.net, iyulun 25-də İsrailin Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.
Aksiya Beynəlxalq Qüds günü ilə əlaqədar Azərbaycan İslam Partiyasının fəalları tərəfindən təşkil olunub. Etiraz aksiyasında 100-ə yaxın dindar iştirak edib.
Polis aksiya iştirakçılarının qətnamə oxumasına mane olub. Müdaxilədən sonra 10 dindar polislər tərəfindən saxlanılıb. Saxlanılanlar Yasamal Rayon Polis İdarəsinə aparılıblar.
Sələf Xəbər: Mərhum şeyx Əbdüləziz ibn Bəzz (Allah ona rəhmət etsin) demişdir: “Mən, nümayişlərdə iştirak etməyi hər hansı problemlərin həlli kimi münasib üsul hesab etmirəm. Əksinə, mən, bu nümayişləri bir qisim insanlarda fitnəyə, şərə, nifrətin alovlanmasına, digərlərinin isə haqlarının pozulmasına səbəb kimi görürəm. (Rəhbərə nəsihətin) şəri üsulları – şəriətə müvafiq həyata keçirilən yazışma, yaxşıya dəvət və mehribancasına nəsihətlərdir. Bu üsulları islam alimləri, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələri, və səmimi qəlblə onların ardınca gedənlər izah etmişdir. Bu üsullar, deyildiyi kimi, ictimaiyyət qarşısında rəhbərə qarşı hər hansı ittihamlar irəli sürmədən, onunla yazışma, söhbət və münasibətləri saxlamaqdan ibarətdir. Köməyi isə Allahdan istəmək lazımdır.” (“Müsəlman ilahiyyatçılarının müasirliyin çağırışlarına cavabları”, Fəsil 3).