Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Bakıda maraqlı aksiya: Siqaret alma! Alma al! – FOTO

May 26
17:01 2017

Başı günlüklü və köynəyi üzərində “Siqaret alma! Alma al!” şüarı əks olunan 50 könüllü və İctimai Səhiyyə İslahatları Mərkəzinin nümayəndələri siqaret çəkənlərə yaxınlaşaraq tütün və tütün tüstüsünün zərəri barədə onlara ətraflı məlumat verir, əllərindəki siqareti atmaq və sağlam həyat tərzinin rəmzi kimi qəbul olunan alma götürməyi təklif edirdi…

Söhbət paytaxtın “28 May” metro stansiyasının qarşısında İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə ASAN Könüllüləri Gənclər Təşkilatının birgə təşkil etdiyi tədbirdən gedir.

İctimai Səhiyyə İslahatları Mərkəzindən “Selefxeber.az”a verilən xəbərə görə, 31 May- Ümumdünya Tütünsüz Günü ərəfəsində keçirilən “Siqaret alma! Alma al!” aksiyasının məqsədi əhalinin diqqətini sağlam həyat tərzinə yönəltmək, onları zərərli vərdişlərdən uzaq olmağa dəvət etmək olub.

Aksiya zamanı 100-dən çox siqaret aludəçisi ilə aparılan maarifləndirici söhbət nəticəsində onlar əllərindəki siqareti xüsusi tullantı qutularına ataraq səbətdən sağlamlıq rəmzi sayılan yaşıl alma götürüblər.

İctimaiyyət nümayəndələri və şəhər sakinlərinin maraqla izlədiyi aksiya iki gün ərzində paytaxtın müxtəlif ərazilərində keçirilib.

📷

gallery_photo-gallery-1

gallery_photo-gallery-2

gallery_photo-gallery-3

gallery_photo-gallery-4

gallery_photo-gallery-5

gallery_photo-gallery-6

Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) demişdir: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır.” (Buxari).

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) insan sağlamlığına böyük əhəmiyyət vermiş və bizə öz həyatında misal olaraq sağlam həyat tərzinin qaydalarını göstərmişdir. Hədislərə müraciət etsək görərik ki, sağlamlığa ziyan verə biləcək qida və içkilərin qəbulu dinimizdə qadağan edilmiş, səhhətimizi möhkəmləndirəcək, xəstəliklərimizə dərman olacaq faydalı qida və içkilər isə hətta adları və istifadə qaydası ilə birlikdə çatdırılmışdır.

Digər xəbərlər