Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Bakıda möhtəşəm bina tikilir – FOTO

Oktyabr 20
16:57 2014

“Sələf Xəbər”-in AzVision.az-a istinadən məlumatına görə, Bakıda möhtəşəm konvensiya mərkəzi (Baku Convention Centre) tikilir.

Nərimanov rayonu ərazisində, Heydər Əliyev Mərkəzinin yaxınlığında inşa olunan mərkəzdə işlər sürətlə davam etdirilir. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sifarişi ilə inşa olunan kompleksdə müxtəlif tədbirlər keçirmək mümkün olacaq.

Mərkəz eyni zamanda 4500 qonağı qəbul edə biləcək. Burada 500 nəfərə yaxın işçi xidmət göstərəcək. Konvensiya mərkəzində 3500-ü aşağıda olmaqla 4700 oturacaq olacaq.

Qeyd edək ki, hazırda ərazidə tikinti işləri sürətlə davam etdirilir. Mərkəzin beton işləri artıq yekunlaşıb və digər konstruksiyaların quraşdırılması davam etdirilir. Konvensiya mərkəzi müasir işıqlandırma sistemi və dizaynı ilə Heydər Əliyev Mərkəzi ilə bütünlük təşkil edəcək.

📷

bcc-1
📷
bcc-2
📷
bcc-4
📷
bcc-5
📷
bcc-3

Digər xəbərlər