Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Bakıda nəqliyyatla bağlı qaydalar dəyişdi

May 29
18:53 2015

Avropa Oyunları ilə əlaqədar bu gündən Bakıda nəqliyyatla bağlı qaydalar dəyişdirilir.

“Sələf Xəbər” Atv.az-a istinadən bildirir ki, bu gün Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində (NİİM) Avropa Oyunları ilə bağlı nəqliyyat məlumatlarının çatdırılmasına həsr olunmuş brifinq təşkil olunub.

BEGOC-un Nəqliyyat idarəsinin nəqliyyat kommunikasiyası üzrə meneceri Afaq Hüseynli bildirib ki, Avropa Oyunları ilə bağlı nəqliyyat planı elə qurulub, hərəkətin əhalinin və şirkətlərin gündəlik fəaliyyətinə təsiri minimum olsun: “Oyunların əsas marşrut şəbəkəsi təşkil edilərkən isə onların əsasən şəhərdən yan keçməsi planlaşdırılıb”.

O, həmçinin qeyd edib ki, bu gündən etibarən “Oyunların zolağı”na digər nəqliyyat vasitələrinin girişi qadağan edilib: “Zolağa həm yol polisi, həm NİİM -in müşahidə kameraları vasitəsilə nəzarət olunur. Bu qaydanı pozanlar qanunauyğun şəkildə cərimə olunacaqlar”.

A.Hüseynli qeyd edib ki, Oyunların açılış və bağlanış mərasimləri günləri, məşəlin Bakıya gətirildiyi gün, yol yarışları zamanı bəzi yollarda hərəkətə məhdudiyyət qoyulması planlaşdırılacaq: “Lakin biz çalışacağıq ki, onların əhaliyə təsiri minimum olsun və əhali bu oyunlarda iştirak edə bilsin”.

O, əhalini fərdi avtomobillərdən maksimim dərəcədə az istifadə etməyə və ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyə çağırıb: “Belə ki metro hər gün saat 6-dan gecə saat 1-ə kimi, marşrut avtobusları və “ekspress” avtobuslar isə səhər saat 5-dən gecə saat 1-ə kimi fəaliyyət göstərəcək. Gələn həftədən etibarən yollardakı vəziyyət, nəqliyyatın hərəkəti və marşrutların dəyişdirilməsi barədə təsdiq edilmiş məlumatlar ictimaiyyətə operativ şəkildə çatdırılacaq. Səyahət planları quran şəxslər bu məlumatları mütləq izləyib onları nəzərə alsınlar”.

Sələf Xəbər: Şeyx İbn Bəzin (Allah ona rəhmət etsin) başçılığı ilə Fətvalar üzrə daimi komitə fətva vermişdir:
“Yol hərəkəti qaydalarını pozmaq qadağandır, çünki bu qaydalar müsəlmanların xeyrinə qoyulub. Bu qaydaları, həmçinin ona görə pozmaq olmaz ki, bu əməldə rəhbərə asi olmaq vardır, halbuki Allah bizə Özünün qadağan etmədiyi şeylərdə rəhbərə tabe olmağı əmr edib. Uca Allah buyurur: “Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə (şəriətə uyğun şəkildə itaət edin)”. (Qurani-Kərim, “Nisa” surəsi, 59-cu ayə)

Digər xəbərlər