Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Bakıda qanunsuz tikilən 42 villa sökülür

May 25
13:04 2015

“Bunlar 5-10 milyonluq böyük tiklilərdir”.

“Sələf Xəbəri”in Lent.az -a istinadən verdiyi xəbərə görə, Bakıda əsasən “Dostluq” parkının ərazisində olmaqla qanunsuz tikilən 42 villa sökülür. Bunu Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov ATV-ə deyib.

H.Abutalıbovun sözlərinə görə, villalarla bağlı böyük söküntü işləri gedir.

Bakı şəhər icra başçısı bildirib ki, bu villalar adi vətəndaşın imkanı hesabına tikilə bilməz: “Bunlar 5-10 milyonluq böyük tiklilərdir. Kimliyindən asılı olmayaraq qanunsuz hərəkət edən hər kəs cəzasını alacaq”.

Sələf Xəbər: “Məgər sən Allahın nemətlərini küfrə dəyişənləri və öz xalqını həlak yurduna sürükləyənləri görmürsənmi? Onlar Cəhənnəmə girəcəklər. Ora necə də pis yaşayış yeridir! Onlar insanları Allah yolundan sapdırmaq üçün bütləri Ona tay tutdular. De: “Hələlik əylənin! Şübhəsiz ki, dönüşünüz Odadır”. İman gətirən qullarıma de ki, namaz qılsınlar, alış-verişin və dostluğun olmayacağı bir günün gəlməsindən əvvəl onlara verdiyimiz ruzidən Allah yolunda gizli və aşkar xərcləsinlər.” (Qurani Kərim, “Ibrahim” surəsi, 28-31-ci ayələr).

Digər xəbərlər