Bakıda “sosial soyuducu” layihəsinə start verildi – VİDEO
1. 318 dəfə baxılıb
Artıq bir neçə aydır ki, Bakının Biləcəri qəsəbəsində, Teymur Yaqubov küçəsi 12-də Emin Abdullayev adlı vətəndaş tərəfindən yaradılmış “Ehtiyacın varsa, götür. Ehtiyacın yoxdursa, gətir” mağazası fəaliyyət göstərir.
Bu günlərdə isə mağazada yeni “sosial soyuducu” layihəsinə start verilib. Ehtiyacı olan insanlar üçün soyuducuda müxtəlif qida məhsulları qoyulub.
Selefxeber.az-ın məlumatına görə layihənin təşkilatçısı Emin Abdullayev Oxu.Az-a bildirib ki, insanlar bu layihəyə laqeyd yanaşmırlar, əllərindən gəldiyi qədər kömək etməyə çalışırlar.
Ümumilikdə, gün ərzində 15-20 ailənin layihədən yararlandığını deyən təşkilatçı, ehtiyacı olan, lakin gəlməyə sağlamlığı imkan verməyən insanlar üçün evə çatdırılma olduğunu da bildirib.