Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Bakıda tikilən böyük məsciddən – YENİ XƏBƏR

Noyabr 29
15:51 2014

Bakıda Qafqazın ən böyük məscidində aparılan işlər yaxın zamanlarda tamamlanacaq.

“Sələf Xəbər” “Qafqazinfo”-ya istinadən verdiyi xəbərə görə, dövlət başçısının təşəbbüsü ilə tikilən ibadət evinin gümbəzi və dörd minarəsi tamamlanıb.

Yeni məsciddə 4 min insan eyni vaxtda ibadətlə məşğul ola biləcək. Şirvan memarlıq ənənələrinə uyğun tikilən məscid dörd minarədən və irili-xırdalı doqquz günbəzdən ibarətdir. Xüsusi oyma detallarla bəzədiləcək günbəzlərdən ən böyüyünün diametri 36 metrdir. Baş günbəzin ətrafında 24 ədəd üç metr hündürlüyündə şam qoyulacaq. Bu şamların altında isə dini ayələr quraşdırılacaq.

Üçtərəfli minarələrin ümumi hündürlüyü 95 metr nəzərdə tutulub. Minarələrin içərisində xüsusi lift və hündürlüyü 16 metr olan kaşı-mehrab quraşdırılacaq.

1,3 hektar əraziyə malik məscid kompleksində eyni vaxtda 4 yüzdən çox avtomobilin parklanması üçün dayanacaq, dəstəmazxana və digər zəruri tikililər də nəzərdə tutulub.

“Kim Allahın üzünü diləyərək bir məscid tiksə, Allah onun üçün Cənnətdə buna bənzər (bir ev) tikər.” (Muslim).

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)

📷

sx-news-1091a

Digər xəbərlər