Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Bakıda torpaq sürüşdü: maşınlar plitələrin altında qaldı

Noyabr 24
14:14 2014

“Sələf Xəbər”-in anspress.com-a istinadən verdiyi xəbərə görə bu gecə yağan yağış Bakıda torpaq sürüşməsinə səbəb olub.

Sakinlərin məlumatına görə, hadisə Biləcəri qəsəbəsi, Qabil Süleymanov küçəsi, 42 saylı binanın qarşısında baş verib. Hadisə nəticəsində iri plitələr uçaraq sakinlərin maşınlarının uzərinə aşıb.

Bakıda yağan yağışlar nəticəsində bu gecə həm də yaşayış evlərinə su dolub. Xətai rayonu sakinləri gecə saat 5 radələrində bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə müraciət ediblər.
FHN-in məlumatına görə, Bakının Xətai rayonunda yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahəsinə su dolub və vətəndaşların evdən çıxması çətinləşib.

Hadisə yerinə xilasedicilər cəlb edilib, aidiyyatı qurumlar məlumatlandırılıb.
Birgə keçirilmiş əməliyyat zamanı yağış sularının sakinlərə verə biləcək ziyanı aradan qaldırılıb, suyun ərazidən çəkilməsinə nail olunub.

 Sələf Xəbər: Orta əsrin görkəmli alimi İbn Qeyyim əl-Cövzi (Allah ona rəhmət etsin) demişdir: “Bizim halımız belədir və Allah bizə əməllərimizdən bəzilərinə görə cəza daddırır və əgər O bizi etdiyimiz bütün günahlara görə cəzalandırsaydı, yer üzündə heç bir canlı qalmazdı. Uçqunlar, zəlzələlər və xeyir-bərəkətin getməsi – günahların yer üzündə gətirdiyi fəsadlardandır”. (İbn Əl-Qeyyim “Dərd və Dəva”).

Digər xəbərlər