Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Bakıda üçəm doğuldu

İyul 28
17:15 2014

1news.az iyulun 26-da ANS TV-ə istinadən xəbər verir ki, Bakının Perenetal mərkəzində Novruzovlar ailəsinin ilk uşaqları – 2 oğlan və bir qız anadan olub.

Həkim Gülmira Qayxanova bildirib ki, bu mərkəzin tarixində dördüncü belə hadisədir: “Doğuş qeysəriyyə yolu ilə, normal keçib. 27 yaşlı ana – Amalya xanımın və üçəmlərin vəziyyəti kafidir. Ananın südü uşaqlar arasında bölünür”.

Həkimlər onu da qeyd edib ki, uşaqların üçəm olması süni mayalanmanın nəticəsi deyil, irsidir.

Üçəmlərin doğulması Novruzovlar ailəsinə böyük sevinc gətirib. Lakin ailənin maddi vəziyyəti maraqlandıqda öyrənirik ki, körpələrin atası kimi babaları da fəhləliklə çörək pulu qazanır. Yenidoğulanların yaşayacağı mənzil isə heç 20 kvadrat metr deyil.

Üçəmlərin babası Vahid Nəbiyev darısqallıqdan şikayət etsə də, Allahın uşaqların ruzisini yetirəcəyinə də inandığını dilə gətirib.

 Sələf Xəbər: Müasir insanın həyat tərzi ona böyük ailə saxlamaqda müəyyən çətinliklər yaradır, əksər qadınların abort etməsinin başlıca səbəbi də elə budur. Abort İslamın mənəvi etikasına ziddir və insanın Uca Allaha imanının zəifliyindən xəbər verir, halbuki, Allah yoxsulluq qorxusu ilə abort etməyi qadağan edib: “Yoxsulluq qorxusundan uşaqlarınızı öldürməyin. Axı onların da, sizin də ruzinizi Biz veririk. Onları öldürmək, həqiqətən də, böyük günahdır.” (Müqəddəs Quran, “İsra” surəsi, 31-ci ayə).

Xatırladaq ki, İslam, müsəlmanları böyük ailələrə sahib olmağa həvəsləndirir. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) öz ümmətinə bunu əmr edir: “Sevən və doğar qadınlarla evlənin! Həqiqətən, mən sizin çoxluğunuzla fəxr edəcəyəm” (Əbu Davud 2050).

Bununla bərabər bilmək lazımdır ki, xalqın çoxsaylı olması – onun gücüdür. Buna görə Şueyb peyğəmbər (ona salam olsun) öz xalqına belə dedi: “Xatırlayın ki, siz az idiniz, O sizi çoxaltdı.” (Müqəddəs Quran, “Əraf” surəsi, 86-cı ayə).

Digər xəbərlər