Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Bakıda xüsusi sürücü bazası yaradılır

Avqust 19
18:22 2014

“Qafqazinfo” ANS TV-ə istinadən xəbər verir ki, qeyri-peşəkar və məsuliyyətsiz şəkildə avtobus idarə edən sürücülərə qarşı Nəqliyyat Nazirliyi artıq daha ciddi tədbirlərə keçib.

Belə ki, Bakıda xüsusi sürücü bazası yaradılır. Bu məlumat bazası sürücünün nə vaxtdan, hansı xəttə fəaliyyət göstərməsi və işinin keyfiyyəti haqda bütün məlumatları əldə etməyə yardımçı olacaq.

Nazirlik rəsmisi bu sistemin artıq tam hazır olduğunu əlavə edib. Sürücülərin vahid geyim forması üzərində də işlərin getdiyi bildirilib. 2015-ci il birinci Avropa Oyunları ərəfəsində sürücülər vahid geyim formasında olacaq.

Nəqliyyat sahəsində yeniliklər bununla bitmir. Payızda paytaxtda gətiriləcək yeni taksi və avtobuslarla yanaşı, dəmir yollarına yeni vaqonların da alınması planlaşdırılır.

Digər xəbərlər