Bakıda yeni əczaçılıq zavodu tikilir – FOTO
1. 257 dəfə baxılıb
Bakıda Pirallahı Sənaye Parkında yeni əczaçılıq zavodunun təməli qoyulub.
Selefxeber.az-ın Trend-ə istinadən məlumatına görə, təməlqoyma mərasimində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii, həmçinin iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, “Azersun Holding”in baş direktoru Savaş Uzan, Azərbaycan İnvestisiya Şirkətinin rəhbəri Rövşən Nəcəf iştirak ediblər.
Zavodun dəyəri 30 milyon dollardan çoxdur. Müəssisə iki il ərzində istismara veriləcək.
Layihənin tərəfdaşları olan “TPICO” (İran İslam Respublikası) 49 faiz, “Azersun Holdinq” 26 faiz və Azərbaycan İnvestisiya Şirkəti 25 faiz pay sahibidirlər.
Layihənin ilk mərhələsində həb və kapsul istehsalı, ikinci mərhələdə ampula və flakon istehsalı, üçüncü mərhələdə isə antibiotik dərmanlarının istehsalı həyata keçiriləcək.
Təməlqoyma mərasimi çərçivəsində tərəfdaşlar arasında səhmdarlar arasında saziş imzalanıb.