Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Bakıdakı dumanın səbəbi

May 30
17:38 2016

Paytaxt Bakı dumana qərq olub.

Bu gün paytaxtı heç də bu mövsüm üçün xarakterik olmayan duman bürüyüb. Demək olar ki, gün boyu çəkilməyən duman müəyyən narahatçılığa da səbəb olub. Əməkdaşlarımız bunun səbəbini və insanların səhhətinə təsirini araşdırıblar.

Paytaxt Bakı dumana qərq olub. Bu ay üçün heç də xarakter olmayan duman əslində toz dumanıdır. Səbəb isə ərəbistandakı burulğanlı gülcü küləkdir.

“Sələf Xəbər” “Xəzər Xəbər”ə istinadən bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, burulğanın qaldırdığı toz kütləsini cənub şərq küləyi qovaraq ölkəmizə gətirib.

Bunun məhz toz dumanı olması insanların səhhətlərində də müəyyən problemlər yaradıb. Belə hava şəraiti xüsusi ilə tənəffüs sistemində problemi olan habelə alergik, həssas insanların səhhətinə təsir edir.

Hidrometroloqlar bildirir ki, bu cür hava şəraiti maksimum mayın 31-dək davam edə bilər. Belə ki, cənub qərb küləyini şimal küləyi əvəz edəcək. Bununla da həmin toz dumanı dağılacaq.

Sələf Xəbər: Uca Allah buyurur: “Gecə və gündüzün bir-birini əvəz etməsində, Allahın göydən yağmur endirib onun vasitəsilə yeri ölümündən sonra diriltməsində və küləkləri (istədiyi səmtə) yönəltməsində düşüncəli insanlar üçün də dəlillər vardır”. (Qurani-Kərim, “Casiyə” surəsi, 5-ci ayə)

Digər xəbərlər