Bakının təmizliyinə dəstək layihəsi
667 dəfə baxılıb
“Təmiz Şəhər” ASC yeni və funksyanal dizaynla “Tullantim.az” saytını istifadəçilərə təqdim edir.
“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, “Təmiz Şəhər” ASC-dən verilən məlumata görə, sayt vasitəsilə şəhər təmizliyi üçün yeni imkanlar təklif olunur. Layihə tullantıların miqdarının azaldılması istiqamətində ölkədə aparılan işlərə dəstək olacaq.
Saytın özəl xüsusiyyətlərindən biri ondan ibarətdir ki, onun istifadəçiləri – şəhər sakinləri də görülən işin iştirakçısı ola bilərlər.
Bunun üçün lazımsız hesab etdikləri geyim və əşyalarını “Tullantim.az”ın “İanə et” bölməsinə yükləyərək ehtiyacı olan şəxslərə bağışlaya bilərlər. Bununla, həm xeyir iş görmüş olarlar, həm də “Təmiz Şəhər” ASC-in tullantıların azaldılması layihəsinə dəstək olaraq yaşadıqları şəhərin təmziliyində, tullantılarının azaldılmasında pay sahibi olarlar.
Bundan başqa, saytın “Yaşıl düşün”, “Atma, yarat”, “Şəhərimizi təmiz saxlayaq”, “Birja” bölmələri ətraf mühiti təmiz saxlamağın yollarını ətraflı izah edir və öyrədir. Layihə şəxslərə və müəssisələrə tullantıları idarə etməyi, bəzən azaltmağı, bəzən isə həm də tullantıdan faydalanmağı, onu sənayeyə geri qaytarmağı öyrədir.
“Təmiz Şəhər” ASC hər kəsi “Tullantim.az” layihəsində aktiv iştirak etməyə və tullantıları azaltmağa dəstək olmağa çağırır.
Sələf Xəbər: Hava, su və torpağın çirklənməsi, səhralaşma proseslərini gücləndirən amillərin hamısı bəşəriyyətdə qida qıtlığına, müxtəlif bilinən və bilinməyən xəstəliklərin yaranması və yayılmasına, heyvanların və bitkilərin bəzi növlərinin kökünün kəsilməsinə, iqlim dəyişikliklərinə gətirib çıxarır.
Heç şübhəsiz ki, ətraf mühit də Allahın ən möhtəşəm yaratdıqlarından biridir. Yaşadığımız bu təbiət Allahın bizə əta etdiyi nemətlərdən sayılır. Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)
Biz, insanların verilən bu nemətin qədrini bilməyimiz vacibdir.